• Bakı 25° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Bədii gimnastlarımız beynəlxalq yarışda medal qazanıb

İDMAN

16 Avqust 2024 | 12:08

Bədii gimnastlarımız beynəlxalq yarışda medal qazanıb

Azərbaycanın bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Alma Cup" beynəlxalq turnirində üç qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yarışın reqlamentinə əsasən çoxnövçülük proqramında çıxışlar iki alət üzrə qiymətləndirilib.

Lent və gürzlər üzrə yerinə yetirilən çoxnövçülük proqramında gənclər arasında Fidan Qurbanlı (49.500 xal), yeniyetmələr yaş kateqoriyasında Alina Kolesnikova (44.150 xal) qızıl medalın sahibi olub. Nur Sadıqova (51.950 xal) isə yeniyetmələr arasında keçirilən halqa və top alətləri üzrə çoxnövçülük mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bundan başqa, zəriflik nümayişində gənclər arasında F.Qurbanlı, yeniyetmələr arasında isə N.Sadıqova “Miss Grace” nominasiyasının qalibi adına layiqi görülüblər.


SON XƏBƏRLƏR

01 Iyul 2025