• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Evinin eyvanından yıxılan futbolçu reanimasiyaya yerləşdirilib

İDMAN

14 Sentyabr 2024 | 22:50

Evinin eyvanından yıxılan futbolçu reanimasiyaya yerləşdirilib

Səudiyyə Ərəbistanı millisinin və “Əl-Şəbab”ın futbolçusu Fahad Əl-Müvəlladın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki evinin ikinci mərtəbəsinin eyvanından yıxılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisədən sonra çoxsaylı sınıq xəsarətləri alan futbolçu dərhal xəstəxanaya aparılıb.
O, dərhal reanimasiyaya yerləşdirilib. Hadisə zamanı Fahadın yanında heçkimin olmadığı deyilir. Hazırda hadisənin səbəbini müəyyən etmək üçün küçə və ev kameralarından qeydə alınan videolara baxılır.

Əl-Muvallad bu yaxınlarda Səudiyyə Ərəbistanının heyətində dünya çempionatının seçmə mərhələsində İndoneziya və Çinə qarşı matçlarda meydanda olub.

Qeyd edək ki, “Əş-Şəbab”ın hücumçusu milli komandanın heyətində 74 oyuna çıxıb və 17 qol vurub./idmanbiz


SON XƏBƏRLƏR