• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanı millisi Slovakiyaya da uduzdu - YENİLƏNİB

İDMAN

14 Oktyabr 2024 | 21:55 | Müəllif: Subhan Mahmudov

Azərbaycanı millisi Slovakiyaya da uduzdu - YENİLƏNİB

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub. 

Bakıvaxtı.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib. 

70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb. 

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə yenilib.

21:49

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında dördüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar növbəti dəfə fərqləniblər - 3:1.

87-ci dəqiqədə David Duriş adını tabloya yazdırıb.

21:34

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar növbəti dəfə hesabda önə keçiblər - 2:1.

75-ci dəqiqədə Lukaş Haraslin fərqlənib.

21:29

Azərbaycan millisi Bakıda Slovakiyaya qarşı keçirdiyi UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında azlıqda qalıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Mahir Emreli 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.

21:03

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.

Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

20:51

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar - 1:1.

Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

XXX

20:39

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında növbəti qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, millimiz 38-ci dəqiqədə hesabı bərabərləşdirib.

Toral Bayramov adını tabloya yazdırıb.

 

20:19

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar.

Rahil Məmmədov avtoqol müəllifi olub.

 

20:00

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.

Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026