• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Veteran güləşçilərdən 4 medal

İDMAN

14 Oktyabr 2024 | 21:00 | Müəllif: Subhan Mahmudov

Veteran güləşçilərdən 4 medal

Oktyabrın 8-13-də Xorvatiyanın Poreç şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mundialda 4 həmyerlimiz fəxri kürsüyə qalxıb.

A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kq) və Elçin Həsənov (70 kq), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kq) bürünc medal qazanıb. C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kq) dünya üçüncüsü olub.

Qeyd edək ki, mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyub. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026