"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes zədəsini sağaldıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Kataloniya klubunun mətbuat xidməti yayıb.
21 yaşlı futbolçu artıq məşqlərə başladığı bildirilib.
"Barselona" İspaniya çempionatında növbəti görüşünü oktyabrın 20-də "Sevilya" komandasına qarşı keçirəcək.
Qeyd edək ki, Lopes sentyabrın əvvəlində İspaniyanın gənclərdən ibarət yığmasının düşərgəsində bud əzələsinin ön hissəsindən zədə almışdı. Yarımmüdafiəçi cari mövsümdə cəmi üç oyunda iştirak edib.
















