• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından doqquz il keçir

CƏMİYYƏT

19 May 2024 | 05:22

Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından doqquz il keçir

Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından doqquz il ötür.

Bakıvaxtı.az xatırladır ki, 2015-ci ilin mayın 19-da, səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində dördü uşaq olmaqla, 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Yanğının başlamasına binanın üzərinə çəkilmiş penoplast üzlüklərin alışması səbəb göstərilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. İş üzrə Cinayət Məcəlləsinin üç maddəsi əsas götürülüb: ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq.

Yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi Miryusif Mahmudov üç il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə səkkiz illik azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər - Uğur Bəşirov beş il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbov hər biri dörd il, Nizami Orucov isə üç il altı ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyən edib.

Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. Bundan əlavə, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib.

Binanın təmiri üçün dövlət büdcəsindən üç milyon manat ayrılıb. Ümumilikdə isə yuxarıda göstərilən xərclərin ödənilməsi üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi beş milyon manat vəsait təqdim edilib.

Yanğın nəticəsində həlak olmuş şəxslər aşağıdakılardır:

1. Fərəh Elnur qızı Məhərrəmova (3 yaş)

2. Sahib Rəhim oğlu Bağırov (49 yaş)

3. Firəngiz Rəhim qızı Bağırova (60 yaş)

4. Zülfiyyə Yavər qızı Şirinova (43 yaş)

5. Yaşar Fazil oğlu Nəcəfzadə (27 yaş)

6. Davud Hamir oğlu Eyvazov (16 yaş)

7. Ülkər Hamir qızı Eyvazova (21 yaş)

8. Ömər Vüqar oğlu Cavadov (yaş yarımlıq)

9. Nazilə Malik qızı Kərimova (39 yaş)

10. Ayan Anar qızı Kərimova (5 yaş)

11. Ayxan Şahin oğlu Hüseynov (2 yaş)

12. Alla Antonovna Həsənova (58 yaş)

13. Yuri Vladimiroviç Utuyevsil (67 yaş)

14. Lyubov Viktorovna Boykova (87 yaş)

15. Elmira Əliağa qızı Yəhyayeva (68 yaş).


SON XƏBƏRLƏR

26 Iyul 2024