• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ - VİDEO

CƏMİYYƏT

18 Iyun 2024 | 01:10

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ - VİDEO

Baş verən zəlzələlər Xəzərin sahil hissələrində də çökəkliklər yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”də yayımlanan süjetdə bildirilir.

Qeyd edilir ki, Hövsan qəsəbəsi ərazisindəki çimərlikdə də çimmək tövsiyə edilməsə də, ərazidə yaşayan sakinlərin əksəriyyəti elə bu əraziyə üz tuturlar.

Ekspertlərin sözlərinə görə, nəzarət olmayan belə ərazilərdə çimmək isə batma təhlükəsini birə-beş artırır.

Məsələ ilə bağlı FHN-dən verilən məlumata görə, aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir.

Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


SON XƏBƏRLƏR