• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əfqanıstanda daşqınlar nəticəsində 50 nəfər ölüb

DÜNYA

18 May 2024 | 14:33 | Müəllif: Gülşən Şərif

Əfqanıstanda daşqınlar nəticəsində 50 nəfər ölüb

Əfqanıstanın qərbindəki Qor vilayətində daşqınlar nəticəsində son sutka ərzində azı 50 nəfər ölüb, on nəfər itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, əyalət polisinin mətbuat katibi Əbdülrəhman Badres daşqınların bir neçə rayonu əhatə etdiyini, 2 min evin və 2500 mağazanın dağıldığını bildirib.

Leysan yağış və daşqınlar qonşu Herat və Fərəh əyalətlərinin də yolunu bağlayıb.

Xatırladaq ki, Əfqanıstanda son bir ayda baş verən şiddətli daşqınlar çoxsaylı insan tələfatına və maddi ziyana səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026