• Bakı 19° C

    18.44 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

"Botulizm" infeksiyasına kütləvi yoluxma qeydə alınıb

DÜNYA

17 Iyun 2024 | 14:25

Botulizm infeksiyasına kütləvi yoluxma qeydə alınıb

Rusiya paytaxtında kütləvi şəkildə "botulizm" infeksiyasına yoluxma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, "Kuxnya na rayone" hazır yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib.

    Moskva merinin müavini Anastasiya Rakova hazırda 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Bildirib ki, onlardan 30-u reanimasiyadadır.

    Qeyd edək ki, "botulizm" ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Əsasən uzunsov və onurğa beyninin botulotoksinlə zədələnməsi ilə xarakterizə olunur. Botulizm düzgün konservləşdirilməmiş qida məhsulların - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır. \ APA


    SON XƏBƏRLƏR

    25 Iyun 2024