Yunanıstan F-16 döyüş təyyarələrini ABŞ vasitəsilə Ukraynaya təhvil verəcək.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Yunanıstan 32 ədəd F-16 Block-30 qırıcılarını modernləşdirmək və sonradan Ukraynaya çatdırmaq üçün ABŞ-yə təhvil verməyi planlaşdırır.
Qeyd olunur ki, Kiyev Hollandiya, Danimarka və Norveçdən istismardan çıxarılan 60 F-16 təyyarəsi gözləyir.
Mina Mikayılova













