ABŞ prezidenti Co Bayden namizədliyini geri çəkdikdən sonra ilk dəfə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə seçki mitinqinə qatılaraq seçicilərə birlik mesajı verib.
Bakıvaxtı.az Harrisin sosial media hesablarına istinadən xəbər verir, ABŞ prezidenti Co Bayden və vitse-prezident Harris Merilend ştatında keçirilən mitinqdə birlikdə səhnəyə çıxıb, hökumətin dərmanların qiymətlərini aşağı salmaq üçün şirkətlərlə razılaşdığını ictimaiyyətə elan ediblər.
Onlar coşğulu izdiham tərəfindən qarşılanansəhnədə bir-birini qucaqlayaraq seçicilərə birlik mesajı verib, Bayden isə Harrisin çox uğurlu prezidentlik edəcəyini bildirib.
Baydenə verdiyi dəstəyə görə təşəkkür edən Harris öz idarəçiliyində çox uğurlu işlər gördüklərini qeyd edib.
Əli Hüseynov
















