• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Çexiyada böyük daşqınlar olacaq

DÜNYA

14 Sentyabr 2024 | 22:42

Çexiyada böyük daşqınlar olacaq

Çexiyada mümkün böyük daşqınlarla mübarizəyə hazırlıq işləri başlayıb. Meteoroloqlar yaxın bir neçə gün ərzində ölkənin əksər hissəsində daşqınların ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Bakıvaxtı.az xəbər verir ki, hakimiyyət orqanları güclü yağışlar nəticəsində çaylarda su səviyyəsinin xeyli artacağını gözləyir. Ən yüksək artım şənbə və bazar günlərinə təsadüf edəcək.

Yüz minə yaxın peşəkar yanğınsöndürən və könüllü daşqınların fəsadlarını aradan qaldırmaq üçün hazır vəziyyətə gətirilib. Çexiyanın daxili işlər naziri Vit Rakuşan mətbuat konfransında bildirib ki, gözlənilən daşqınlarla əlaqədar polisin şəxsi heyəti, aviasiya vasitələri və istehkamlar gücləndirilib.


SON XƏBƏRLƏR