• Bakı 16° C

    2.71 m/s

Viktor Orban COP29-da iştirak edəcək

DÜNYA

14 Oktyabr 2024 | 19:56 | Müəllif: Subhan Mahmudov

Viktor Orban COP29-da iştirak edəcək

Macarıstanın Baş naziri Viktor Orban COP29-da Macarıstanı təmsil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı Səfiri Tamaş Torma Macarıstanın Milli günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“O, bir ildən az müddətdə Azərbaycana üçüncü dəfə səfər edəcək. COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsir edici bir iş görür. Şübhə yoxdur ki, Macarıstan və Macarıstan səfirliyi Azərbaycanın sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, Azərbaycan tədbirə uğurla ev sahibliyi edəcək”- deyə səfir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026