Ekvadorun ən böyük həbsxanasında məhbuslar arasında baş verən qarşıdurmada azı 15 məhbus həlak olub, 14 nəfər yaralanıb.
Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bu barədə Azadlıqdan Məhrum edilmiş Şəxslərin və Yetkinlik yaşına çatmayan cinayətkarların hərtərəfli monitorinqi üzrə Milli Xidmətindən məlumat verilib.
Departament bildirilib ki, ölkənin cənub-qərbindəki Quayaquil şəhərindəki Litoral həbsxanasının binalarından birində qarşıdurma baş verib.
"Təhlükəsizlik bölməsi qarşıdurmanı tam nəzarətə götürmək və genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlamaq üçün dərhal hərəkətə keçib. Hadisə ilə bağlı araşdırma aparılır", - deyə xidmətdən bildirilib.
Qeyd edək ki, Litoral həbsxanasında mütəşəkkil cinayətkarlıq və narkotik alveri ilə əlaqəli məhbuslar arasında tez-tez toqquşmalar baş verir. Rəsmi statistikaya görə, 2021-ci ilin fevralından indiyədək bu cür hadisələrdə 400-dən çox insan həlak olub.
Gülşən Şərif