• Bakı 28° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Bişkek və Düşənbə sərhədlərin delimitasiyasını başa çatdırıb

DÜNYA

13 Dekabr 2024 | 13:10

Bişkek və Düşənbə sərhədlərin delimitasiyasını başa çatdırıb

Qırğızıstan və Tacikistan mübahisəli sərhəd sahələrini bərabər şəkildə bölüşdürüb, hökumətlərarası komissiyanın işi başa çatdıqdan sonra iki ölkə arasında sərhəd postlarının açılması gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov "Kabar" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiyası zamanı yalnız bir tərəfə üstünlük vermək mümkün deyil - bərabərlik prinsipi və hər iki tərəfin maraqlarının nəzərə alınması mütləq təmin edilməlidir.

"İki ölkənin hökumətlərarası komissiyasının işi başa çatdıqdan və sənədlər imzalandıqdan sonra xarici işlər nazirləri öz imzalarını qoyacaqlar. Daha sonra sənədlər hər iki ölkənin parlamentlərində ratifikasiya ediləcək və sonda biz, prezidentlər imzalayacağıq. Proses bununla başa çatacaq. Mərkəzi Asiya ölkələri arasında sərhəd məsələləri artıq olmayacaq", - Qırğızıstan Prezidenti vurğulayıb.

O əlavə edib ki, sərhəd postlarının bağlanması hər iki tərəf üçün iqtisadi itkilərə səbəb olub: "Ticari-iqtisadi əlaqələr dayandırılmışdı. İndi məqsədimiz sərhəd postlarını açmaq və ölkələrimiz arasında ticarəti ən yüksək səviyyəyə çatdırmaqdır".

Xatırladaq ki, Tacikistan və Qırğızıstan arasındakı sərhəd xətti 987,6 km təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026