Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında deyib.
“Hazırda İsraillə heç bir əlaqəmiz yoxdur. Biz gələcəkdə bu münasibətləri yaxşılaşdırmaq üçün də heç bir addım atmırıq”, - deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan hökumətinin İsraillə münasibətləri davam etdirdiyinə dair iddiaları isə “Siyasətin çirkli tərəfi” olaraq adlandırıb.