• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

"Silah tədarükünü sürətləndirin" - Zelenski ABŞ-dan xahiş etdi

DÜNYA

15 Sentyabr 2024 | 00:10

Silah tədarükünü sürətləndirin - Zelenski ABŞ-dan xahiş etdi

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı konqresmenlərlə görüşdə ABŞ-nin silah tədarükünü sürətləndirməsini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısının “Telegram” kanalında məlumat verilib.

“ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirdim. Bütün səviyyələrdə tərəfdaşları ehtiyaclarımız və mövqelərimiz haqqında tam məlumatlandırmaq vacibdir. Hər kəsin, xüsusən də Birləşmiş Ştatlar kimi dövlətlərin bizim razılaşmalarımızı həqiqətən sürətlə yerinə yetirməsi çox vacibdir”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, hərbi yardımlarda istənilən gecikmə cəbhəyə mənfi təsir göstərir.


SON XƏBƏRLƏR