• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Banqladeşdə yeni toqquşma dalğası: tələbələr...

DÜNYA

16 Avqust 2024 | 09:33 | Müəllif: Əli Hüseynov

Banqladeşdə yeni toqquşma dalğası: tələbələr...

Banqladeşdə yüzlərlə etirazçı tələbə və siyasi fəal ilə keçmiş baş nazir Şeyx Hasina Vacidin partiyası olan Avami Liqasının tərəfdarları arasında qarşıdurma olub.

Bakıvaxtı.az bu barədə "Banglanews"-a istinadən xəbər verir.

Məlumatda deyilir ki, Avami Liqası Partiyasının tərəfdarları Hasinanın atası və ölkənin qurucu prezidenti Şeyx Banqabandhu Mucibur Rəhmanın anım günündə Rəhmanın muzeyə çevrilən evini ziyarət ediblər.

Rəhmanın evinin yaxınlığındakı Dhanmondi ərazisində Hasinanın əleyhinə olan yüzlərlə nümayişçi ilə Avami Liqası Partiyasının tərəfdarları arasında toqquşma baş verib.

Etirazçılar muzeyə daxil olmaq istəyən 30 nəfəri əsir götürdükdəön sonra ordu hissələri hadisəyə müdaxilə edərək saxlanılanları xilas edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026