• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dohada Qəzza üzrə danışıqlarda irəliləyiş əldə olunub

DÜNYA

16 Avqust 2024 | 09:57

Dohada Qəzza üzrə danışıqlarda irəliləyiş əldə olunub

Qətərin paytaxtı Dohada Qəzza sektorunda atəşkəs və girovların azad edilməsi üzrə danışıqların ilk günündə irəliləyiş əldə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of Israel” öz mənbələrinə istinadən xəbər verir.

Bununla belə, müzakirələrin digər təfərrüatları açıqlanmayıb.

Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vasitəçilər danışıqları yekun nəticə əldə olunanadək davam etdirilməsində maraqlıdır.

Qeyd edək ki, ABŞ-ni Doha görüşündə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk təmsil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026