• Bakı 19° C

    18.44 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Xəbər izləyənlərin sayı azalıb

DÜNYA

17 Iyun 2024 | 14:20

Xəbər izləyənlərin sayı azalıb

Dünya ölkələrində xəbər izləyənlərin sayı azalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oksford universitetinin Röyters institutunun 2024-cü il rəqəmsal xəbər məruzəsində qeyd olunub.

Bildirilib ki, dünyada xəbərləri oxuyan, dinləyən və izləyənlərin sayı azalır. Buna əsas səbəb kimi isə xəbərlərin depressiv və sıxıcı olması göstərilir.

Məlumata görə, bu gün dünyada hər 10 nəfərdən 4-ü xəbərlərdən uzaqdır. Bu, 39 faiz deməkdir. Halbuki bu göstərici 2017-ci ildə 29 faiz idi.

Qeyd olunub ki, Ukrayna və Yaxın Şərqdəki müharibə insanların xəbərlərdən uzaq qalmasına təsir edir.

Həmçinin bildirilib ki, ənənəvi media orqanlarının auditoriyası da sürətlə azalır.

Xüsusilə gənclər informasiyanı internet və ya sosial mediadan almağa üstünlük verirlər.

“YouTube” ve “WhatsApp” bir çoxu üçün əsas informasiya mənbəyidir.

“TikTok” platforması bir çox ölkələrdə “X”- i geridə qoyub.


SON XƏBƏRLƏR

25 Iyun 2024