• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Trampın konqresində polis bir nəfəri güllələyib

DÜNYA

17 Iyul 2024 | 11:14 | Müəllif: Gülşən Şərif

Trampın konqresində polis bir nəfəri güllələyib

ABŞ-nin Miluoki şəhərində keçirilən Respublikaçılar Partiyasının Milli Konqresi yaxınlığında polis bir nəfəri güllələyərək öldürüb.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Konqresdə təhlükəsizliyi artırmaq üçün Ohayodan gələn polis məmuru Konqres yaxınlığında şübhəli görünüşlü bir şəxsi görüb.

Hadisə şahidləri bildiriblər ki, şübhəlinin əlində iki bıçaq olub.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyulun 13-də seçki mitinqində məruz qaldığı sui-qəsddən sonra Respublikaçılar Partiyasının Milli Konqresinə qatılaraq ilk dəfə ötən gün ictimaiyyət qarşısına çıxıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026