Dünyada meymunçiçəyinə yoluxma halları artmaqdadır.
Bakıvaxtı.az-ın məlumatına görə, virusa yoluxma hallarının sayı xüsusilə Afrikanın qərb və mərkəzi bölgələrində yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi Afrika ölkələrində epidemiyaya nəzarət etmək üçün təcili yardım qrupları göndərib.
Bildirilib ki, bu il Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada ümumilikdə 39 Mpox virusu (mpox) hadisəsi aşkarlanıb.
Afrika Birliyi Afrika ölkələrində sürətlə yayılan M pox virusuna qarşı qitə miqyasında ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
Liberiya Milli Xalq Sağlamlığı İnstitutundan verilən açıqlamada, ölkənin 3 əyalətində cəmi 5 nəfərdə M pox hadisəsinin aşkar edildiyi açıqlanıb.
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Afrika CDC) hesabatına görə, yanvar-8 avqust tarixləri arasında Afrikanın 13 ölkəsində 2822 nəfər virusa yoluxub və 14719 şübhəli hadisə qeydə alınıb.
Virusdan 517 nəfər dünyasını dəyişib, onlardan 511-i DRC-də olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Kluge İsveçin Afrika regionundan kənarda ilk Mpox virusu (mpox) hadisəsini təsdiqlədiyini bildirib.
Kluge məsələ ilə bağlı X sosial media platformasında yazı paylaşıb.
İsveçin Afrika bölgəsi xaricində ilk M-pox hadisəsini təsdiqlədiyini qeyd edən Kluge xatırladıb ki, ÜST dünən M-pox virusunun Konqo Demokratik Respublikasında və bir sıra ölkələrdə sürətlə yayılmasından sonra beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti təşkil edir.
İsveç səhiyyə orqanları, yoluxmuş şəxsin Afrikada mpox epidemiyasının olduğu bölgəyə getdiyini açıqlayıb.
Avstraliyanın ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Nazirliyi də mpoxa (meymunçiçəyi) yoluxanların sayının kəskin artdığını bildirib.
Nazirliyin yaydığı məlumatda deyilir ki, təkcə son iki ayda ştatda 93 yeni yoluxma halı qeydə alınıb. Nazirlik virusa yoluxma hallarının sayının kəskin artması fonunda ştat sakinlərini diqqətli olmağa çağırıb.
Nərgiz Məmmədli
Bakı 




