• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Braziliyada təyyarə qəzası: Sağ qalan olmadı

DÜNYA

16 Avqust 2024 | 09:20 | Müəllif: Qalib İbrahimoğlu

Braziliyada təyyarə qəzası: Sağ qalan olmadı

Braziliyada təyyarə qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki. yerli mətbuatda yer alan xəbərə görə, qəza Mato Qrosso əyalətinin Apiakas şəhərinin çöl ərazisində qeydə alınıb.

Hadisə nəticəsində təyyarədə olanların hamısı həyatını itirib.

Braziliya rəsmilərinin verdiyi açıqlamada təyyarənin qəzaya uğradıqdan sonra alovlandığı və göyərtəsində olan 5 nəfərin öldüyü bildirilib.

Ölkədə təyyarə qəzasına görə 3 günlük matəm elan edilib.

Meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparıldığı, qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Qeyd edək ki, Braziliyada anoloji hadisə avqustun 9-da, sərnişin təyyarəsinin San-Paulonun şimalında yerləşən Vinhedo şəhərində yaşayış məntəqəsinə çırpılması nəticəsində 57 sərnişin və 4 ekipaj üzvünün həlak olması ilə baş verib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026