• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ermənistanda etirazçılardan 12 nəfərə cinayət işi açılıb

DÜNYA

17 Iyun 2024 | 12:05

Ermənistanda etirazçılardan 12 nəfərə cinayət işi açılıb

İyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatyının İrəvanın Vaqramyan prospektindəki mitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.

Bakıvaxtı.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

    Bildirilib ki, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlı isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib. Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Əməliyyat-istintaq tədbirləri zamanı bu şəxslərin həmin kütləvi aksiya zamanı kütləvi iğtişaşların və xuliqanlıq hərəkətlərinin törədildiyi müəyyən olunub.

    Məlumatda həmçinin adı açıqlanmayan bir nəfərin axtarışa verildiyi də qeyd edilib.


    SON XƏBƏRLƏR