• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 medal qazanıb

İDMAN

19 May 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 medal qazanıb

Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb.

Bakıvaxtı.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz turnirin ilk günündə 2 bürünc medal əldə edib.

Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, yarışa mayın 19-u yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026