• Bakı 21° C

    17.48 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

AVRO-2024: Belçika millisi ilk oyunda məğlub olub - YENİLƏNİB

İDMAN

17 Iyun 2024 | 22:06

AVRO-2024: Belçika millisi ilk oyunda məğlub olub - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub. 

Bakıvaxtı.az-ın məlumatına görə, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib. 

Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub. 

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

21:05

Almaniyada keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda Slovakiya yığması 1:0 hesabı ilə öndədir.

7-ci dəqiqədə İvan Şrants fərqlənib

20:51

Almaniyada keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda Slovakiya yığması 1:0 hesabı ilə öndədir.

7-ci dəqiqədə İvan Şrants fərqlənib.

20:11

Almaniyada keçirilən Avropa çempionatının E qrupundakı Belçika - Slovakiya matçında hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 7-ci dəqiqədə slovakiyalı İvan Şrants fərqlənib.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Belçika - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı türkiyəli Halil Umut Meler idarə edir.

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


SON XƏBƏRLƏR