• Bakı 30° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Millimiz qrupdakı son matçında məğlub oldu

İDMAN

17 Iyul 2024 | 16:10

Millimiz qrupdakı son matçında məğlub oldu

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda son matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, B qrupunda yer alan ispaniyalı mütəxəssis Alberto Blankonun rəhbərlik etdiyi komanda Niderland yığması ilə qarşılaşıb.

Rumıniyadakı "Pitesti Arena"da keçirilən görüş rəqibin 109:60 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.


SON XƏBƏRLƏR