• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Marsel"in qapıçısı "Jirona"da

İDMAN

16 Avqust 2024 | 13:32

"Marsel"in qapıçısı "Jirona"da

İspaniyanın "Jirona" klubu Fransa təmsilçisi "Marsel"in qapıçısı Pau Lopesi icarəyə götürüb.

Bakıvaxtı.az La Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı qolkiperlə müqavilənin müddəti 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, karyerası ərzində "Espanyol", "Betis" (hər ikisi İspaniya), "Tottenhem" (İngiltərə) və "Roma"da (İtaliya) çıxış etmiş P.Lopes ötən mövsüm Fransa çempionatında keçirdiyi 33 oyunda 39 qol buraxıb, 8 görüşdə isə qapısını toxunulmaz saxlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026