q
  • Bakı 17° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

"Zirə"nin "Araz"la oyunu təxirə salınacaq 

İDMAN

16 Avqust 2024 | 15:32

Zirənin Arazla oyunu təxirə salınacaq 

"Zirə" komandası Azərbaycan Premyer Liqasının III turundakı "Araz-Naxçıvan"la oyunun təxirə salınmasını istəyir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi artıq bununla bağlı Peşəkar Futbolı Liqasına müraciət edib.

"Qartallar" UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə bu addımı atıb.

Naxçıvan klubu razılıq versə, görüş qeyri-müəyyən müddətə təxirə salınacaq.

Qeyd edək ki, "Zirə" - "Araz-Naxçıvan" qarşılaşması avqustun 18-də təşkil olunmalıdır. Azərbaycan komandası "Omoniya" ilə ilk oyununu avqustun 22-də səfərdə keçirəcək. Cavab matçı avqustun 29-da baş tutacaq.


SON XƏBƏRLƏR

13 May 2026