• Bakı 30° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Mbappenin "Real" bu qədər qazanacaq - MƏBLƏĞ

İDMAN

17 Iyul 2024 | 17:25

Mbappenin Real bu qədər qazanacaq - MƏBLƏĞ

Kilian Mbappenin İspaniyanın "Real" (Madrid) klubu ilə bağladığı müqavilənin maliyyə detalları məlum olub.

Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, fransalı ulduz futbolçu "Kral klubu"nun tarixində ən çox maaş alan oyunçu olacaq.

25 yaşlı hücumçunun qazancı vergilər də nəzərə alınmaqla bir mövsüm üçün 15 milyon avro təşkil edəcək. Eyni zamanda, imic hüquqlarının 60-80 %-i forvardda qalacaq.

Mbappe transfer bonusu kimi 100-115 milyon avro qazanacaq. Lakin bu məbləğ ona 5 il ərzində ödəniləcək.

"Qızıl top" və klubla titullar əldə etməsi forvarda əlavə bonuslar qazandıracaq.

Qeyd edək ki, K.Mbappe "Real" ilə 5 illik sözləşmə imzalayıb.


SON XƏBƏRLƏR