• Bakı 27° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.8479

    RUB - 0.0194

"Qrupdan çıxmaq tarixi hadisə olardı" - Türkiyə millisinin baş məşqçisi

İDMAN

17 Iyun 2024 | 23:49

Qrupdan çıxmaq tarixi hadisə olardı - Türkiyə millisinin baş məşqçisi

"Almaniyada oynamağımız və orada əsasən türk azarkeşlərin olması böyük məsuliyyətdir. Türkiyə bayrağını qürurlandırmalıyıq. Daha çox mövqelərdə oynaya biləcək futbolçularımız var".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə millisinin italiyalı baş məşqçisi Vinçentso Montella Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Gürcüstanla oyun öncəsi deyib.

"Bizi təəssüfləndirən şanssız zədələr oldu. Bu futbolda ola biləcək durumdur. Ferdi və Zeki kimi iki önəmli oyunçumuz var. Çox güman ki, sağalacaqlar. Amma bu oyunçuları ilk matçda riskə atmaq istəmirəm. Komanda ilə məşqə başlayıblar. Yüz faiz hazır olanda oynayacaqlar", - Montella bildirib.

Mütəxəssis qeyd edib ki, bəziləri komandalarında yüzdə 50 faiz oynayaraq turnirə gəliblər: "Bəziləri tam hazır deyil. Hər oyunçunun fiziki gücü bir-birindən fərqlidir. Türkiyədə yaşamış biri kimi, qərarlılıq çox önəmlidir. Yeganə məqsədimiz qalib gəlmək və yaxşı oynamaqdır. Qrupdan çıxmaq tarixi bir hadisə olardı".


SON XƏBƏRLƏR

14 Iyul 2024