• Bakı 21° C

    17.93 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Zubirin növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

İDMAN

17 Iyun 2024 | 17:42

Zubirin növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

"Qarabağ"la müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq Abdullah Zubirin növbəti mövsümə harada başlayacağı dəqiqləşib.

Bakıvaxtı.az xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, həm Səudiyyə Ərəbistanından, həm də Fransadan real təklifləri olan vinger Ağdam təmsilçisində qalacaq.

"Qarabağ" rəhbərliyindən 2+1 illik yeni anlaşma təklifi alan cinah hücumçusu ilə aparılan danışıqlar uğurla nəticələnib. Komanda istirahətdən qayıdandan sonra rəsmi müqaviləyə imza atacaq 32 yaşlı futbolçu Çempionlar Liqasının hazırlıqlarına start verəcək.

Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"ın formasını geyinən Zubir son mövsümdə bütün turnirlərdə 55 matça çıxıb. Bu qarşılaşmalarda 15 qol vuran Mərakeş əsilli fransalı 19 məhsuldar ötürmə ilə də yadda qalıb.


SON XƏBƏRLƏR

25 Iyun 2024