• Bakı 21° C

    17.48 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

AVRO-2024: Fransa turnirə qələbə ilə başladı - YENİLƏNİB 

İDMAN

18 Iyun 2024 | 01:00

AVRO-2024: Fransa turnirə qələbə ilə başladı - YENİLƏNİB 

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyun baş tutub.

Bakıvaxtı.az-ın məlumatına görə, Fransa millisi Avstriya ilə üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə avtoqolu fransızlara qələbə qazandırıb.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***00:01

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Fransa yığması hazırda hesabda öndədir - 1:0.

Avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

 

***23:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Fransa yığması fasiləyə öndə yollanıb.

Avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

***23:41

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

 

***23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyuna start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 23:00-da Avstriya - Fransa matçı başlayıb.

Görüşü ispan Xesus Gil Manzano idarə edir.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


SON XƏBƏRLƏR