• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Baş nazir Naxçıvana dron hücumundan danışdı

SİYASƏT

13 Mart 2026 | 11:17

Baş nazir Naxçıvana dron hücumundan danışdı

"Prezidentin xarici siyasət kursu Azərbaycanın suverenliyini möhkəmləndirir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci il üzrə fəaliyyət hesabatını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü xarici siyasət kursu, strateji uzaqgörənliyi və milli maraqlara sadiq mövqeyi nəticəsində Azərbaycanın suverenliyi və sərhədləri etibarlı və davamlı şəkildə qorunur.

Baş nazir vurğulayıb ki, son hadisələr Prezidentin dövlət və xalqın təhlükəsizliyinə verdiyi önəmin əyani təsdiqidir:

"Ötən həftə İran ərazisindən Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə müdaxilə cəhdi qeydə alındı. Bu xoşagəlməz hadisə göstərdi ki, Azərbaycan güclü və hazırlıqlıdır, xalqının təhlükəsizliyini qorumaq üçün hər zaman prinsipial mövqedədir".

O əlavə edib ki, regionda mürəkkəb vəziyyət Azərbaycanın quru sərhədlərini müvəqqəti bağlı saxlamasının zəruriliyini bir daha sübut edir:

"Bütün bu proseslər göstərir ki, cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasəti Azərbaycanı həm daxili təhlükəsizliyi, həm də regional sabitliyi təmin etmək gücünə malik edir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Mart 2026