• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

2025-ci il siyasi sabitliyin ili oldu - Baş nazir

SİYASƏT

13 Mart 2026 | 11:14

2025-ci il siyasi sabitliyin ili oldu - Baş nazir

Milli Məclisdə illik hesabatın təqdimatı şəffaflığa xidmət edir. 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin gücləndiyi və ardıcıl siyasətlərin həyata keçirildiyi mühüm il olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, "Konstitusiya və Suverenlik İli" elan edilən 2025-ci il həm dövlət suverenliyinin bərpası, həm də milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçid baxımından mühüm siyasi dönəm olub. İl ərzində ölkəmiz qlobal və regional səviyyədə təşəbbüskar mövqeyini daha da möhkəmləndirib və sülh istiqamətində fəal addımlar atıb.

Baş nazir vurğulayıb ki, xüsusilə, Vaşinqton sülh sammitinin ən mühüm nəticəsi Zəngəzur dəhlizinin əsasının qoyulması olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR