• Bakı 21° C

    17.93 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

AVRO-2024: Rumıniya Ukraynanı məğlub edib - YENİLƏNİB

İDMAN

17 Iyun 2024 | 18:53

AVRO-2024: Rumıniya Ukraynanı məğlub edib - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.

Bakıvaxtı.az-ın məlumatına görə, E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.

Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib - 3:0.

26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə isə Denis Draquş fərqləniblər.

E qrupunun Belçika - Slovakiya görüşü bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

 

***18:23

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda növbəti qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Rumıniya seçməsi üçüncü dəfə rəqibini məyus edib - 3:0.

57-ci dəqiqədə Denis Draquş fərqlənib.

 

**18:15

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda növbəti qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Rumıniya seçməsi növbəti dəfə rəqibini məyus edib - 2:0.

53-cü dəqiqədə Razvan Marin fərqlənib.

 

***18:06

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda ikinci hissə start götürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, Rumıniya seçməsi hazırda hesabda öndədir - 1:0.

Nikolae Stanku 26-cı dəqiqədə fərqlənib.

***17:48

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Rumıniya seçməsi hazırda hesabda öndədir - 1:0.

Nikolae Stanku 26-cı dəqiqədə fərqlənib.

***17:40

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un məlumatına görə, Rumıniyanın yığmasının heyətində Nikolae Stanku 26-cı dəqiqədə adını tabloya yazdırıb.

***

17:02

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, I turun Rumıniya - Ukrayna oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Görüşü İsveçdən olan Qlenn Nuberq idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


SON XƏBƏRLƏR

25 Iyun 2024