• Bakı 27° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.8479

    RUB - 0.0194

Türkiyə-Gürcüstan oyununu bu hakimlər idarə edəcək

İDMAN

17 Iyun 2024 | 15:17

Türkiyə-Gürcüstan oyununu bu hakimlər idarə edəcək

Futbol üzrə Avropa çempionatının F qrupunda yarışan Türkiyə millisinin Gürcüstanla keçirəcəyi sabahkı oyunu idarə edəcək hakimlər məlumdur.

Bakıvaxfı. az xəbər verir ki, matçı Argentinadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Fakundo Telyo olacaq. Ona yan xətt hakimləri Qabriel Çade və Ezekiyel Braylovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını litvalı Donatas Rumşas yerinə yetirəcək.

Oyunun VAR hakimi ispaniyalı Alexandro Ernandes, onun köməkçiləri həmyerlisi Xuan Martines Manuera və ingiltərəli David Kute olacaq.

Qeyd edək ki, iyunun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


SON XƏBƏRLƏR

14 Iyul 2024