• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Aleks de Souza yenidən Türkiyə Superliqasında

İDMAN

18 May 2024 | 23:48

Aleks de Souza yenidən Türkiyə Superliqasında

"Antalyaspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Bakıvaxtı.az xəbər verir ki, yeni mövsümdən etibarən Superliqa təmsilçisinə Aleks de Souza baş məşqçilik edəcək. Bu barədə klubun sədr müavini Alkav Evren öz açıqlamasında bildirib. Komandanın hazırkı baş məşqçisi Sergen Yalçının cari mövsümün sonunda vəzifəsindən ayrılacağını xatırladan A.Evren Aleks de Souza ilə 2 illik müqavilə imzaladıqlarını deyib: 

"Bir vaxtlar "Fənərbaxça"nın formasını geyinən Aleks de Souza danışıqlarımız uğurlu nəticələndi. Onunla 2 illik müqavilə imzaladıq. Aleks de Souzaya Mehmet Aurelio və iki braziliyalı mütəxəssis kömək edəcək. Qapıçılar üzrə məşqçi isə Mehmet Arslan olacaq. Aleks de Souza üçün Antalyada imza mərasimi təşkil edəcəyik".

Qeyd edək ki, "Antalyaspor" hazırda Superliqasının turnir cədvəlində 48 xalla 10-cudur. Aleks de Souzanın son komandası isə "Avai" olub (Braziliya).


SON XƏBƏRLƏR

26 Iyul 2024