• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan etdi

DÜNYA

18 May 2024 | 15:18 | Müəllif: Gülşən Şərif

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan etdi

Yeni Kaledoniyada baş verən kütləvi aksiyalardan sonra Fransa Ali Şurası toplaşaraq adada hərbi vəziyyət elan edib.

Bakıvaxtı.az bildirir ki, adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib.

Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.

Qeyd edək ki, Fransanın koloniyası olan Yeni Kaledoniyada bir neçə gün əvvəl sosial vəziyyətin ağırlığına, işsizlik və ayrı-seçkiliyə qarşı etiraz aksiyaları keçirilib. Etirazçılarla polis arasında baş verın qarşıdurmada iki polis əməkdaşı və üç aksiya iştirakçısı həlak olub.

Yeni Kaledoniya Fransadan 16 min kilometr aralıda Sakit Okeanda Avstraliya qitəsinin yaxınlığında yerləşir və bu uzun məsafəyə baxmayaraq Fransa adanı koloniyasına çevirib istismar edir ki, bu da yerli əhali tərəfindən etirazla qarşılanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026