• Bakı 13° C

    1.45 m/s

Siyarto: "Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir"

SİYASƏT

18 May 2024 | 14:27 | Müəllif: Gülşən Şərif

Siyarto: "Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir"

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının vacibliyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, macarıstanlı nazir bu bəyanatı “Apha News”a müsahibəsində verib.

“AŞPA həmfikirlərin klubu deyil, burada hamı təmsil olunmalıdır. Əgər bir ölkə ilə bağlı narahatlıq və ya tənqid üçün əsas varsa, onunla birbaşa qarşılaşmalısınız.

Hesab edirəm ki, avropalı siyasətçilər kifayət qədər cəsarətli deyillər. Başqalarının olmadığı yerdə onları tənqid etmək asandır. Niyə bu tənqid elə bilavasitə təşkilatın daxilində edilməsin?”, -Peter Siyarto deyib. (trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026