• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Gəncədəki Musiqi Məktəbində tədrisin bərpası təmin ediləcək

MƏDƏNİYYƏT-ŞOU

18 May 2024 | 17:24

Gəncədəki Musiqi Məktəbində tədrisin bərpası təmin ediləcək

Ötən gün məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil aldığı Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində tədris prosesi pozulub və dərslər keçirilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi APA-nın sorğusuna cavab verib.

Bildirilib ki, Nazirlik tərəfindən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Musiqi Məktəbində tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işlər təmin ediləcək.

Onu da bildirək ki, sahibkarın israrlı tələbi ilə bu qərarın icrasına ən azı cari tədris ilinin sonunadək möhlət vaxtının verilməsi təhsil mühitinin pozulmaması baxımından daha ədalətli alternativ olardı.

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024