• Bakı 23° C

    19.53 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Müğənniyə qarşı dələduzluq edildi

MƏDƏNİYYƏT-ŞOU

17 Iyun 2024 | 00:20

Müğənniyə qarşı dələduzluq edildi

Müğənni Zenfira İbrahimovaya qarşı dələduzluq edilib. 

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə  sosial şəbəkə hesabında yazıb.

Sənətçi bildirib ki, bir nəfər müğənnilərə zəng edib onları toya çağırır və kartlarından pul çəkir:

“Diqqət! Əziz sənət yoldaşlarım, şəkildə gördüyünüz nömrə, pasport fırıldaqçıdır. Qətiyyən aldanmayın. Qızına toy etmək bəhanəsi ilə hamıya zəng vurub, özünü Hacı Ramin kimi təqdim edir. Beh göndərmək adı ilə kart istəyir və kartdan pul çəkir. Atdığı kartlara da deyir pul atın, məndən pul getmir, sizə beh atım öz pulunuzu götürərsiniz”.

Zenfira məsələ ilə bağlı polisə müraciət edib. 


SON XƏBƏRLƏR

25 Iyun 2024