• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb

HADİSƏ

06 May 2024 | 16:00

Anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb

Sumqayıtda anasını öldürməkdə təqsirləndirilən Mübariz Qəhrəmanovun ibtidai istintaqı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Elçin Məmmədovun icraatına verilib.

    Qeyd edək ki, fevralın 3-də saat 10 radələrində Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Qəşəngül Qəhrəmanovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanovun Sumqayıt şəhərinin 9-cü mikrorayonu ərazisində yerləşən, yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.


    SON XƏBƏRLƏR

    18 May 2024