• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

11-ci sinif şagirdi sinif yoldaşının cinsi orqanını KƏSDİ

HADİSƏ

05 Iyun 2024 | 11:55 | Müəllif: Subhan Mahmudov

11-ci sinif şagirdi sinif yoldaşının cinsi orqanını KƏSDİ

Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin vəziyyəti orta-stabildir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.az-a Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.

Xatırladaq ki, hadisə rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdləri arasında baş verib. Aydın Səfərov (şərti) sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026