• Bakı 29° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Göyçayda avtomobil su arxına düşdü: sürücü yaralandı

HADİSƏ

05 Iyul 2024 | 00:08

Göyçayda avtomobil su arxına düşdü: sürücü yaralandı

Göyçayda yol-nəqliyyat qəzası baş verib, xəsarət alan var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Çərəkə kənd ərazisində qeydə alınıb.

Belə ki, "Mersedes" markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı su arxına düşüb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Çərəkə kənd sakini, 1997-ci il təvəllüdlü Mərhəmət Yusifov müxtəlif dərəcəli xəsarət alıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

06 Iyul 2024