Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, 2022-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Məmmədov yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.
2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib./report