• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Güclü külək Qubada ağacı avtomobilin üzərinə aşırıb 

HADİSƏ

02 Sentyabr 2024 | 13:40 | Müəllif: Əli Hüseynov

Güclü külək Qubada ağacı avtomobilin üzərinə aşırıb

Güclü külək Quba şəhərində fəsadlar törədib.

Bakıvaxtı.az xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində külək irigövdəli ağacı aşırıb. Nəticədə ağac “Chevrolet” markalı avtomobilin üzərinə düşüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

    Eyni zamanda ağac elektrik xətlərini də qırdığından Quba şəhərinin bir hissəsi elektriksiz qalıb.

    Hazırda şimal bölgəsində güclü külək davam edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR