• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Məktəbli sinif yoldaşını bıçaqladı - YENİLƏNİB 

HADİSƏ

02 Oktyabr 2024 | 13:00

Məktəbli sinif yoldaşını bıçaqladı - YENİLƏNİB

Quba-Xaçmaz Regional Təhsil İdarəsi məktəblinin sinif yoldaşı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.

İdarədən Bakıvaxtı.az-a verilən açıqlamada bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

    Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

    Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.

    Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

    Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə məlumat veriləcək.

    ***

    12:16

    Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Xaçmazda sinif yoldaşı tərəfindən bıçaqlanan şagirdin fiziki və psixoloji vəziyyətinin diqqətdə saxlanıldığı bildirilib.

    Bakıvaxtı.az xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribovun sözlərinə görə, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi A.Nəsrullayev sinif yoldaşı K.Orucova evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

    Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.

    M.Qəribovun sözlərinə görə, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

    “Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmasını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad olunmasını xahiş edirik”, - idarə rəsmisi deyib.

    ***

    11:10

    Oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

    Bu barədə Bakıvaxtı.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

      Yaralı xəstəxanaya yerləşdirilib.

      Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

      Faktla bağlı araşdırma aparılır.

      ***

      11:07

      Xaçmaz şəhərində bıçaqlanma olub.

      Bakıvaxtı.az xəbər verir ki, hadisə Xaçmaz şəhəri 9 saylı tam orta məktəbdə baş verib. 10-cu sinif şagirdi Kənan Orucov sinif yoldaşı Ayxan Nəsrullayevi bıçaqlayıb.

        Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

        Faktla bağlı araşdırma aparılır.

        ***

        09:30

        01.01.2024-cü il tarixdə saat 16 radələrində Nəsrullayev Ayxan Fuad oğlu Xaçmaz şəhəri, Axundov küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən Orucov Kənan Tariyel oğluna bıçaqla bir dəfə zərbə vuraraq xəsarət yetirib.

        Bakıvaxtı.az xəbər verir ki, faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır


        Batıgöz reklamMedia İnkişaf

        SON XƏBƏRLƏR

        18 Sentyabr 2026