• Bakı 18° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yevlaxda reyd keçirildi: narkotikin təsirində olanlar, ...

HADİSƏ

01 Noyabr 2024 | 08:50 | Müəllif: Əli Hüseynov

Yevlaxda reyd keçirildi: narkotikin təsirində olanlar, ...

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Fərid Mustafayevə “saxla” işarəsi verilib.

Bakıvaxtı.az bu barədə Daxili İşlər Nazirliyinin yayımladığı məlumata istinadla xəbər verir.

Araşdırma zamanı onun narkotik vasitə olan marixuanının təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.

F.Mustafayev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026