• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanda avtomobil aşdı: 4 ölü, 1 yaralı var - YENİLƏNİB

HADİSƏ

30 Noyabr 2024 | 21:30

Azərbaycanda avtomobil aşdı: 4 ölü, 1 yaralı var - YENİLƏNİB

Ağdərə-Kəlbəcər yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, yolsuzluq avtomobilinin aşması nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.


***20:56

Ağdərə-Kəlbəcər yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, qəza yolsuzluq avtomobilinin aşması nəticəsində baş verib.

Qəza nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin yaralanması bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025